İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

04.08.2011 [17:45]

Fontu böyüt:      

Azercell və Bakcell mobil rabitə operatorları Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş rabitə operatorları arasında qarşılıqlı münasibətlərə dair qaydaları qəbul etdikdən sonra onlara 3G xidmətinin göstərilməsi üçün lisenziya veriləcək. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən şənbə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azercell və Bakcell “Telekommunikasiyalar haqqında qanuna”a uyğun olaraq
 Azercell və Bakcell mobil rabitə operatorları Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş rabitə operatorları arasında qarşılıqlı münasibətlərə dair qaydaları qəbul etdikdən sonra onlara 3G xidmətinin göstərilməsi üçün lisenziya veriləcək.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən şənbə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azercell və Bakcell “Telekommunikasiyalar haqqında qanuna”a uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaları qəbul etməyə tələsmir. Həmçinin nazir nömrələrin daşınması sisteminin tətbiqinin vacibliyini qeyd edib.
Lakin operatorlar, xüsusən də Azercell buna maraq göstərmir. Nömrələrin daşınması qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib və Ədliyyə Nazirliyində qeydiyyata alınıb. RİTN operatorlararası trafik dəyərin 5 qəpikdən 2 qəpiyədək aşağı salınmasını tələb edir. Artıq Rabitə Nazirliyi operatorlararası trafik dəyərin 2 qəpiyə endirilməsi haqda qərar qəbul edib. Lakin nə Azercell, nə də Bakcell bu şərtlə razı deyil. “Operatorlar bizim şərtləri qəbul edən kimi 3G üçün lisenziya veriləcək”, - Abbasov bildirib. İlk baxışda RİTN-in mövqeyi düzgündür və istehlakçının maraqlarını əks etdirir. Lakin bununla yanaşı, belə təəssürat yaranır ki RİTN üçüncü mobil rabitə operatoru - Azerfon şirkəti üçün əlverişli şərait yaratmaq məqsədilə Azercell və Bakcell-i qəsdən “sıxışdırır”. Əvvəla, RİTN-in operatorlararası trafik dəyərin azaldılması haqda qərarı qeyri-bazar (inzibati) tənzimlənməsidir. İkincisi, bu qərarın nəticəsi Azercell və Bakcell üçün yaxşı nəticə verməyəcəyini istisna etmək olmaz.

Qeyd edək ki, ötən illər Ə. Abbasov RİTN-in Azercell və Bakcell-ə 3G xidməti üçün lisenziya verməkdən imtina etməsinin səbəbini onun alınması üçün sənədlərin düzgün hazırlanması ilə əsaslandırmışdı. Lakin bu yaxınlarda, iyunun 18-də nazir gözlənilmədən deyib ki, texniki məsələləri həll etmək lazımdır. Halbuki, Azercell 4 ildir ki, 3G xidmətini göstərməyə hazırıdır. Eyni zamanda 2009-cu ilin dekabrında tender keçirilmədən Azerfon-aGi zamanda 2009-cu ilin dekabr?nda tender kecirilm?d?n yib ki, un al?nmas? ucun s?n?dl?rin duzgun haz?rlanmas? il? ?sasland?rm 3G-dən istifadə hüququ verilib.

    Görünür, nazirlik Azercell və Bakcell-ə ona görə lisenziya vermir ki, boş 3G tezliyi yoxdur və odur ki, imtina üçün nazirə bəhanə lazımdır. Nazir müavini İltimas Məmmədov dəfələrlə mətbuata bildirib ki, tezliklər özəl şəxslərin sərəncamındadır. Odur ki, tezlik almaq üçün Azercell onların sahibləri ilə danışıqlar aparmalıdır. Məlum olduğu kimi, bu tezliklər B&B TV şirkətinin sərəncamındadır. Azerfon və B&B TV isə ölkə prezidentinin ailəsinə məxsusdur. Bakcell-dən Turan-a bildirilib ki, Əli Abbasovun bəyanatı ilə əlaqədar açıqlama hazırlanır və orada şirkətin mövqeyi əksini tapacaq. Bundan əlavə, şirkət mətbuat konfransı keçirəcək.(Turan)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar