İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı üzrə nazirlərin Regional Görüşü keçirilib

11.11.2008 [18:46]

Fontu böyüt:      

Bu gün Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı layihəsi üzrə nazirlər səviyyəsində Bakı Regional Görüşü keçirilib. Qeyd edək ki, magistralın yaradılması təşəbbüsü Azərbaycana məxsusdur.
Bu gün Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı layihəsi üzrə nazirlər səviyyəsində Bakı Regional Görüşü keçirilib. Qeyd edək ki, magistralın yaradılması təşəbbüsü Azərbaycana məxsusdur.
Tədbirdə çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həmin layihənin icrasına dair müzakirələrin 2007-ci ildən aparıldığını qeyd edib. Layihədə Avropa və Asiyanın 20-dən çox ölkəsini əhatə edəcək super informasiya magistralının tikintisi nəzərdə tutulur. Nazirin sözlərinə görə, dünyada iki super informasiya magistralı mövcuddur – birincisi qərbdə - Qərbi Avropa və Şimali Amerika, ikincisi isə - Yer Kürəsinin digər hissəsində, Sakit Okean regionunda yaranan, yəni Yaponiyadan başlayaraq, Koreya, Çin, Sinqapur, Malayziya və Avstraliya daxil olmaqla Yeni Zelandiyayadək.
Region ölkələrində keyfiyyətli internetə ucuz çıxış, yüksək texnologiyaların daha geniş inkişafı, bu iki inkişaf etmiş regionlar arasında regional elektron bazarın yaradılmasını təmin edəcək super magistralın yaradılması regionun hər bir ölkəsi üçün böyük əhəmiyyət kəsb edir.
Əli Abbasovun giriş sözündən sonra «Booz Allen Hamilton» şirkətinin vitse-prezidenti Reyner Bernat “Dünyaya bağlanma – regional yüksək sürətli informasiya magistralı üçün təklif” mövzusunda təqdimatla çıxış edib. Şirkət həmin layihənin həyata keçirilməsi üzrə öz təkliflərini irəli sürüb.
Görüşdə həmçinin beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib. Belə ki, BMT-nin İKT və İnkişaf üzrə Qlobal Alyansının icraçı direktoru Sarbuland Xan, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muxitdinov, TAE (Trans-Asiya-Avropa optik-lif rabitə xətti) Administrasiyasının sistem administratoru Nadejda Vaxruşeva öz növbələrində görüş iştirakçıları kimi layihə üzrə danışıqları dəstəkləyiblər.
Qeyd edək ki, işçi görüşündə Ukrayna, Belarus Respublikası, Sloveniya, Estoniya, Rusiya, Moldova, Litva, Qazaxıstan, Gürcüstan, İran, Hindistan və digər ölkələrin nümayəndələri iştirak edirlər. Görüşün yekunu üzrə iştirakçılar Bakı Bəyannaməsini imzalayıblar.
Mənbə: mincom.gov.az
xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar