İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19.04.2012 [23:00]

Fontu böyüt:      

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezidentin ötən il imzaladığı fərmandan sonra görülən işləri qənaətbəxş hesab etmək olmaz.
Hesab edirəm ki, cənab prezident İlham Əliyevin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” imzaladığı fərmandan sonra görülən işləri qənaətbəxş hesab etmək olmaz. Bunu SəsTV-yə açıqlamasında “Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Onun sözlərinə görə, dövlət qurumlarının resurslarına, saytlarına baxdıqda görə bilərik ki, orada az sayda xidmətlər var ki, o da elektron formadadır: “Amma prezidentin imzaladığı fərmanda söhbət vahid elektron portaldan gedirdi. Bu əslində elektron hökumət layihəsi idi. Elektron hökumət layihəsi ilə bağlı büdcədən 10 milyona yaxın vəsait ayrılıb”.

Mərkəzi icra orqanlarının “off-line” təqdim etdiyi xidmətlərin ümumi bir siyahısı yoxdur, deyən O.Gündüz qeyd edib ki, dövlət qurumları tərəfindən hansı xidmətlərin hansı prinsiplər əsasında elektron formaya keçirmək üçün təqdim olunduğu və neçə faiz təşkil etdiyi məlum deyil: “Sərəncamda nəzərdə tutulan portal, onun strukturu və konsepsiyası haqqında hökumət sənədi hələ də ortalıqda yoxdur, elektron formaya keçidi əks etdirən bir keçid planı, “elektron hökumət”in formalaşması ilə bağlı konseptual bir sənəd hazırlanmayıb, “elektron hökumət” və ümumiyyətlə, informasiyalaşma ilə bağlı hər hansı koordinasiya qurumu formalaşmayıb, elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna çox ciddi ehtiyac var, “elektron hökumət”lə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”.

Ceyhun Eyyubov  (SİA)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar