Fontu böyüt:
İranın dini lideri ayətullah Əli Xamneyi sərəncam imzalayaraq Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib: Məhəmməd Sərəfraz.
10 ildir İran Dövlət Televiziya və
Radiosuna rəhbərlik edən keçmiş “Sepah”çı İzzətullah Zərqaminin səlahiyyət müddəti
noyabrın 6-da başa çatır.
Məhəmməd Sərəfraz bu təyinata qədər
qurumun xarici verilişlər üzrə bölməsinin sədr müavini, “Press TV” şəbəkəsinin
müdiri və virtual aləm üzrə Ali Şuranın üzvü idi.