İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11.03.2013 [14:32]

Fontu böyüt:      

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2013 - 28.02.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Məlumat Hesablama Mərkəzi (MHM) 01.02.2013 - 28.02.2013-cü il dövrü ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib.

MHM-in məlumatına görə, müvafiq dövrdə ən çox Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" xidmətindən istifadə edilib. Bu xidmətlə bağlı sayta 1313 giriş olub. Fondun "Pensiya kapitalı barədə məlumat" xidməti də ötən dövrdə istifadəçiləri daha çox maraqlandırıb və bu xidmət üzrə sayta girişlərin sayı 1217 olub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan "Lokal (şəhər (rayon) daxili) çıxış danışıqların açıqlaması" xidməti də fevral ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmət üzrə isə sayta bir ayda 856 giriş edilib.

Əsasən 10 elektron xidmətin daxil olduğu siyahıda Daxili İşlər Nazirliyinin "PİN-ə görə fərdi məlumatların axtarışı" elektron xidməti də portalın əsas tələb olunan xidmətlərindən olub və fevral ayı üzrə onunla bağlı sayta 613 giriş edilib. Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (608), Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (554), Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (493), Dövlət Sosial Müdafiə Fondunun "Pensiya kalkulyatoru" (487) da istifadəçilərin fevral ayında daha çox müraciət etdiyi elektron xidmətlərə daxildir.

MHM-in hazırladığı siyahıda növbəti yerləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Cari danışıqlar üzrə məlumat" (403) və "Telefon üzrə ətraflı məlumat" (311) xidmətləri tutub. Həqiqət İsabalayeva
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar