İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

10.09.2009 [16:46]

Fontu böyüt:      


2012-ci il London Yay Olimpiadası olimpiadalar tarixində ən yüksək texnoloji tədbir olacaq. London Olmpiya Oyunlarının təşkilatçıları şəbəkə infrastrukturunun rəsmi təchizatçısı statusuna layiq görülmüş "Cisco" şirkəti tərəfindən dəstəklənəcək. 

2012-ci il Yay Olimpiadasının kommunikasiya struktrurunun yaradılması Cisco, Britiş Telekom və London Oyunlarının Təşkilat Komitəsi arasında sıx əməkdaşlığı tələb edəcək.

Şəbəkə infrastrukturunun rəsmi təchizatçısı kimi Cisco şirkəti Təşkilat Komitəsinə avadanlıq, proqram təminatı və Olimpiadanın kommunikasiya xidmətləri üzrə rəsmi tərəfdaşı olan “Britiş Telekom” şirkəti vasitəsilə mühəndis xidmətlərini təqdim edəcək. Nəticədə lokal və qlobal şəbəkələr, Wi-Fi şəbəkələri və telefon rabitəsi sistemləri quraşdırılacaq. Bütün bunlar Olimpiya Oyunlarının əsas şəbəkə həlli olacaq.

Şübhəsiz ki, 2012-ci il London Yay Olimpiya Oyunları idman tədbirlərinə baxmaq imkanını dəyişən və istənilən insana tədbirlərin gedişinə nəzarət etməyə və zəruri məlumatları (videoçarxlar, xəbərlər, nəticələr, statistik məlumatlar və s.) almağa imkan verən texnologiyaların nümayişi üçün mühüm məkan olacaq.

Xatırladaq ki, Pekində keçirilmiş Yay Olimpiya Oyunlarında (qeyd etmək lazımdır ki, Sidney və Afinada keçirilən oyunlarda da bu cür olmuşdur) Cisco şirkəti 31 idman kompleksi, Olimpiya şəhərciyi və beynəlxalq Olimpiya mətbuat mərkəzi kimi 68 inzibati obyekt, habelə tədbirə biletlərin satışı nöqtələri arasında məlumat mübadiləsini təmin edən bütün şəbəkə infrastrukturuna cavabdehlik daşıyırdı. Bundan əlavə, Cisco texnologiyaları NBC (En-Bi-Sii) teleşirkətinə 2008-ci il Yay Olimpiya Oyunlarını olduqca yüksək səviyyədə işıqlandırılmağa imkan verdi, və nəticədə ilk dəfə olaraq milyonlarla insanlar istənilən yerdən və istənilən zaman teleqəbuledicilərdən, kompüterlərdən və smartfonlardan tədbir haqqında məlumat əldə edə bildi.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar