Fontu böyüt:
Azərbaycan Sənaye Bankı ASC və Silverkey Azərbaycan şirkəti ilə yaradılan əməkdaşlıq əsasında Bankın bütün filiallarında Azerfon- Vodafone və Narmobile ödənişləri qəbul edilməyə başlanılıbdır.
Halhazırda bankın filiallarında Azercell, Bakcell, ,Azərigaz, Azərsu, Bakıelektikşəbəkə xidmətləri üzrə ödənişlər qəbul edilir.
Xatırladaq ki, xidmət ödənişlərini filiallardan başqa, Azərbaycan Sənaye Bankının www.asb.az - internet saytı üzərindən online olaraq da ödəmək olar. Ödənişin təsdiqi, ödəniş əməliyyatı bitdikdən sonra, avtomatik olaraq, ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da vardır. Bütün ödənişlər onlayn – real zaman ərzində işlənilir.
Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.