Fontu böyüt:
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi
ACIQ TENDER ELAN EDİR
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün açıq tender keçirir:
Tender iştirakçılarına təklif edilir ki, tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqı kimi 2000 (iki min) manat məbləğində pul vəsaitini aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 36 nömrəli ünvandan ala bilərlər.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: MƏLUMAT HESABLAMA MƏRKƏZİ
BAKI Ü. HACIBƏYOV, 36 küçəsi
VÖEN 9900037691
HESAB N: 133060000
Bank: “KAPİTAL Bank” ın Rabitə filialı
KOD: 200189
VÖEN: 9900003611
M/H: 0137010001944
SWIFT: Bik AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 90 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir). Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçıların tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçının təklifləri Tender komissiyası tərəfindən 9 sentyabr 2008-ci il saat 17:00-a qədər Bakı şəhəri, AZ 1000 Ü.Hacıbəyov küçəsi 36 nömrəli ünvandakı binanın 2-ci mərtəbəsində Məlumat Hesablama Mərkəzinin Tender komissiyasında qəbul edilir. Göstərilən müddətdən sonra daxil olan təkliflər etibarsız sayılır.
Təklif zərfləri 10 sentyabr 2008-ci il saat 11:00- da iddiaçıların iştirakı ilə Məlumat Hesablama Mərkəzində açılacaqdır.
Tenderdə iştirak etməkdə maraqlı olan bütün iddiaçılar layihənin texniki tələbləri ilə bağlı əlavə məlumatlar almaq üçün Məlumat Hesablama Mərkəzinə müraciət edə bilərlər.
(Əlaqələndirici şəxs: Xalid Mikayılov)
Əlaqə telefonları: (99412) 4931155, 4984268, 5931293, 4986955
FAX: (99412) 498-11-50, 493-94-11
e-mail: [email protected]
Tender Komissiyası