İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Avropa İttifaqı ölkələri rouminqdə SMS və zənglərin tariflərini azaldıb

01.07.2009 [18:17]

Fontu böyüt:      


Bu gündən etibarən Avropa İttifaqı ölkələri ilə rouminqdə SMS və zənglərin tarifləri endirilib.

APA-nın məlumatında görə tariflərin məhdudlaşdırılması ilə bağlı qərar apreldə Avropa Parlamentinin Strasburqda keçirilən iclasında qəbul olunub.

Beləliklə, Avropa İttifaqı məkanında rouminqdə çıxış zənglərinin 1 dəqiqəsinin maksimal qiyməti 0,43 avro, daxil olan zənglərin 1 dəqiqəsinin maksimal qiyməti isə 0,19 avro təşkil edəcək. Gələn ilin iyulun 1-dən etibarən rouminqdə çıxış zənglərinin 1 dəqiqəsinin maksimal qiyməti 0,39 avro, daxil olan zənglərin 1 dəqiqəsinin maksimal qiyməti 0,15 avro, 2011-ci ilin iyulun 1-dən isə rouminqdə çıxış zənglərinin 1 dəqiqəsinin maksimal qiyməti 0,35 avro, daxil olan zənglərin 1 dəqiqəsinin maksimal qiyməti 0,11 avro təşkil edəcək. Bütün qiymətlər ƏDV-siz hesablanıb.

Bununla belə, bu gündən mobil rabitə operatorları saniyə hesabı tarif təyin etməlidir, lakin onlara zəngin minimal qiymətini 30 saniyənin qiyməti səviyyəsində müəyyən etməyə icazə verilir.

Bundan başqa, rouminqdə SMS-in maksimal qiyməti 0,11 avro (ƏDV-siz) olmalıdır. Sənəd həmçinin «Mobil internet» adlanan xidmətdən rouminqdə bir Mb-nın istifadəsinin maksimal tarifi bu gündən 1 avro, 2010-cu ilin iyulun 1-dən 0,80 avro, 2011-ci ilin iyulun 1-dən – 0,50 avro səviyyəsində təyin edilib.

Məlumat üçün bildirək ki, Azərbaycanda beynəlxalq danışığın 1 dəqiqəsinin qiyməti operatordan və ölkədən asılı olaraq 0,30-0,70 AZN (0,36-0,84 ABŞ dolları) diapazonunda dəyişir. SMS-ə gəldikdə, bu göstərici ərazidən asılı olmayaraq 0,05 AZN təşkil edir. Bu tarifləri təhlil edərək, demək olar ki, Azərbaycanda mobil rabitə tarifləri Avropa operatorlarının tariflərindən müsbət tərəfdən fərqlənir. Lakin mobil-internet xidmətlərinin tarifləri gələcəkdə endirim tələb edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar