Fontu böyüt:
İngilis alimləri dənizlərdəki çirklilik dərəcəsini müəyyən edən robot istehsal ediblər. Balıq şəklində olan cihaz öz-özünə hərəkət edə bilir.
Kimyəvi maddələri tanıyan cihazlarla təchiz edilən robot balığın köməyi ilə suya qarışan kimyəvi maddələrin qaynağı təsbit ediləcək.
Bundan əlavə robot, naviqasiya sistemi sayəsində, gücünün bitməsinə yaxın, yəni hər 8 saatda bir əlaqə limanına dönə bilir.
Robotun uzunluğu 1.5 metrdir və uzaqdan idarəetmə sisteminə malikdir. Cihazı İngiltərənin şərqindəki Essex Universitetinin tədqiqatçıları hazırlayıblar. Qiyməti 20 min funt sterlinqdir. Artıq İspaniya 5 robot balıq sifariş edib.