Fontu böyüt:
BlackBerry ağıllı telefonları istehsalçısı Research In Motion Limitedin (RIM) bu ilin birinci rübündə, gəlirini keçən ilin eyni dövrünə nisbətdə 24 faiz artıraraq, 4.24 milyard dollara çatdığı bildirib. RIM, 2010 Maliyyə İli birinci rübündə 100 milyonuncu BlackBerry ağıllı telefonunun satışını reallaşdırdığı və istifadəçi sayının da 46 milyona çatdığını açıqlayıb. BlackBerry istifadəçi sayının da keçən ilə nisbətən 60 faiz artaraq 46 milyona çatdığı və istifadəçilərin 40 faizinin Şimal Amerika xaricində olduğu qeyd edilib.