İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

24.02.2009 [14:07]

Fontu böyüt:      

Bu gün Azərbaycan İnternet forumunun, Azad İstehlakçılar Birliyinin və Rabitə və İT nazirliyinin təşkil etdiyi mətbuat konfrası keçirilib. Mətbuat konfransında AİF-in prezidenti Osman Gündüz, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış ediblər.

Bugün  RİA Novosti agentliyində Azərbaycan İnternet Forumunun, Azad İstehlakçılar Birliyinin  iştirakı liə  mətbuat konfrası keçirilib. Mətbuat konfransında AİF-in prezidenti Osman Gündüz, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış ediblər.

Tədbirdə Osman Gündüz İnternetdəki qiymət endirimindən sonrakı durumla bağlı AİF tərfindən aparılan monitorinqin nəticələrini jurnalistlərə təqdim edib.

Osman Gündün çıxışındaa  endirimdən sonra   müsbət istiqamətdə  bir  sıra irəliləyişlərin olduğunu  bildirib. Genişzolaqlı internetə  marağın   xeyli  artdığını  qeyd edib.

Bununla  belə o  Monitorinqin nəticələrinə əsasən  internetin  keyfiyyətinin  xeyli  pisləşdiyini dəı  qeyd edib. Provaydrelər tərəfindən təqdim edilən  sürətlərin əslində  reallıqdan  xeyli  şağı  olduğunu  bildirib. Bakı ətrafı  və  Sumqayıt  şəhərində isə  ümumiyyətlə  İnternetin  keyfiyyətinin  xeyli  pisləşdiyini  bildirib.

Osman Gündüz əksər  Provayderlər  tərəfindən 64 və 128Kbit/s  sürətlər  üzrə   xidmətlərin göstərilməsinin dayandırılımasını da  düzgün  addım  hesab  etmədi.  O uzun meüddət  Provayderlərin öz  texxniki-texnoloji resurslarının  gücləndirilməsi  qayğısına  qalmadığını  bildirib.   

Osman Gündüz çıxışında İnternetin mövcud durumunun qonşu ölkələrlə müqayisədə hələ də qənaətbəxş olmadığını söyləyib. O qeyd edib ki, qiymətlər endirilsə də hələ də qonşu ölkərdə İnternet bizdən 10 dəfə ucuzdur.

Osman Gündüz  problemin əsas  mahiyyətinin , bazarda  sərbəst  və azad  rəqabətin olmamasını,  RİTN -nin  hədsiz  səlahiyyətlərə  malik olması  ilə  izah edib.  O  dünyada  cəmi  bir  neçə ölkədə  bu  cür  halın , yəni  kommersiya ,  dövlət  idarəetməsi  və  tənzimləmə  səlahiyyətlərinin  bir  dövlət  qurumunun əlində ollduğunu  qeyd etdi

O, Azərbaycanda Müstəqil telekommunikasiya Şurasının yaranmasının  çoxdan  vaxtı  çatdığını  bildirib.

“Qonşu ölkələrdə telekommunikasiyanın tənzimləməsi ilə ayrıca qurum fəaliyyət göstərir. İcra hakimiyyəti bu məsələlərə qarışmır. Bazarda  dövlət  qurumlarının da olduğu  vəziyyətdə  RİTN qayda -qanun yartmaqla, lisenziya  verməklə, tariflər  müəyyən etməklə, bir  sözlə  tənzimləməklə  normal  qaydada, effektiv formada məşğul ola  bilməz .Bunun üçün telekommunikasiya məsələlərini tənzimləyən Milli telekommunikasiya şurası yaradılmalı,  telekommunikasiya sahəsində dövlət qurumlarının  işini isə   istiqamətləndirən ayrıca  dövlət qurumu - Agentlik yaradılmalıdır” - O. Gündüz söyləyib.

O milli internet resurslarıın  Azərbaycanda  yerləşdirilməsi və  ölkədə Data Mərkəzin  qurulmasının da  qiymətlərin enməsinə  müsbət  təsir  göstərəcəyini  bilidirb.

AİF prezidenti onu da qeyd etdi ki, yaxın 1-2 ay ərzində yenidən qiymət endirimi  istiqamətində addımlar  atılmalıdır. 
“Egər bu endirim olmasa biz yenə mübarizəni davam etdirəcəyik” – o deyib.

Eyyub Hüseynov isə qeyd etdi ki, Azərbaycanda istehlakçı siyasətinin olmaması, məmurların qanunları öz xeyrinə dəyişməsi azad rəqabətin olmamasına gətirib çıxarır. Məhsulun qiymətini məmurlar tənzimləyir, monopolist qüvvələr istehlakçıları boykot edir. Dünyada baş verən maliyə böhranına baxmayaraq, Azərbaycanda qiymətlər enmir\\- E.Hüseynov deyib.

Tədbirdə İnternetin sürəti, keyfiyyəti ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.

 


xeberler.az /Nigar İmanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar