Fontu böyüt:
"Azərbayt" İnternet İstifadəçiləri Birliyi dekabr ayını "Dünya Azərbaycanlılarının Virtual Həmrəylik Ayı" elan edir.
Dünyada informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi bir dövrdə, müharibə, mübarizə və güc ölçü vahidlərinin də informasiya üzərində formalaşdığı aşkardır.
20 faiz torpaqlarımızın işğal altında olması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşməsi, bir çox ölkələrin bizlərə qarşı yürütdükləri qərəzli münasibət, tarixi torpaqlarımızın və bacı-qardaşlarımızın başqa ölkələrin adı altında tanınması, milyonlarla azərbaycanlıların bir çox ölkələrdə bir-birlərindən ayrı düşməsi və s. digər səbəblər informasiya müharibəsində qalib gəlməyi və bütün dünya azərbaycanlılarının birlik olmağını qaçınılmaz edir.
Elektron imza kampaniyasında iştirak etməklə bütün dünya azərbaycanlıları http://azerbayt.com saytına daxil olub, güclü Azərbaycan naminə layihəyə dəstək verə bilər.