Fontu böyüt:
Daşına bilinən cihazların enerji problemi demək olar ki hamını narahat edir. Lazım olan anda telefonun enerjisi tükənir və siz yarı yolda qalırsız.
Nokia bütün bu problemlərə son qoymaq üçün xüsusi layihə hazırlayır. Nokia-da işləyən alimlərin fikrincə, enerji ehtiyatı elə havanın özündə var.
Alimlərin dediyinə görə, havadakı Wi-Fi, radio və televiziya dalğaları düzgün şəkildə toplanıla bilsə, cihazları heç bir yerə taxmadan şarj etmək mümkün olacaq. Cib telefonun şarj ola bilməsi üçün havadakı dalğalardan ən az 50 miliwatt enerji yığması vacibdir. Nokia bu texnologiyadan 3-4 ilə istifadə etməyi planlaşdırır.