Fontu böyüt:
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq referendumu ilə əlaqədar Lənkəranda 4 Dairə Seçki Komissiyasının (DSK) 115 məntəqəsində 11 min 322 seçici qeydiyyata alınıb. APA-nın cənub bürosunun məlumatına görə, seçkiləri 1184 yerli və xarici müşahidəçi izləyir. 73 saylı Lənkəran şəhər DSK - nın sədri Kərim Heydərov APA-nın əməkdaşına bildirib ki, dairə üzrə fəaliyyət göstərən 28 məntəqənin 10-da veb-kameralar quraşdırılıb, hər məntəqəyə əlavə olaraq daha 4 kabinə verilib.
APA-nın Aran bürosunun xəbərinə görə, 92 saylı Zərdab-Ucar seçki dairəsinin 48 məntəqəsində 36 min 942 seçici qeydiyyatdan keçib. Seçki komissiyasının sədri İsmayıl Əhmədov APA-nın əməkdaşına bildirib ki, dairə üzrə 5 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə seçkiləri 441 yerli müşahidəçi izləyir.
91 saylı Ucar seçki dairəsində də 5 məntəqədə veb-kamera qurulub. Dairə üzrə 38 məntəqədə 37 min 158 seçici qeydiyyatdan keçib. Hər iki dairə üzrə seçici fəallığı qeydə alınıb.APA