Fontu böyüt:
İki böyük cib telefonu istehsalçısının işçi döyüşü: Biri işə götürmək istəyir, o birisi "götürə bilməzsən" deyir.
RIM-in ən böyük xüsusiyyəti məşhur BlackBerry-nin sahibi olmasıdır.
Research In Motion Ltd. (RIM) və Motorola fevral ayında imzaladıqları bir razılaşma ilə bir-birlərinin köhnə işçilərini işə götürməyəcəkləri barədə razılaşmışdılar. Yaxın günlərdə isə RIM, köhnə bir Motorola işçisinə iş təklif etdikdə Motorolanın reaksiyası ilə qarşılaşdı. Motorola, razılaşmaya uyğun olaraq RIM-in bu işçini işə götürə bilməyəcəyini iddia etdi və qarşılığında RIM bu problemi məhkəmədə həll etməyə qərar verdi.
RİM isə iddia edir ki, bu razılaşmanın müddəti avqust ayında bitib. Buna görə də hər iki firma öz istədiyi işçini işə götürə bilər.
Motorolanın isə çəkindiyi məsələ araları heç də yaxşı olmayan RİM-in vəzifəyə götürmək istədiyi işçi ilə əlaqədardır. Çünki, bu işçi köhnə şirkətə aid gizli məlumatları “təzə” şirkətə daşıya bilər.