Fontu böyüt:
«SonyEricsson» şirkətinin «Aino» mobil telefon aparatlarının sensor displeyində problemlər aşkarlanıb.
APA-nın məlumatına görə, bu smartfonlar bu yaxınlarda Avropa, Hindistan və ABŞ bazarlarına çıxarılıb və problemlər aşkarlandığına görə, şirkət artıq Britaniya bazarından telefonların bir partiyasını geri çağırıb. Şirkət bu qüsurla kiçik partiyanın istehsal edildiyini və tezliklə problemin aradan qaldırılması istiqamətində iş apardığını bildirib.
Beynəlxalq analitiklərin fikrincə, son dövrdə bu, artıq şirkətin buraxdığı ikinci aparatdır ki, istismar zamanı problemlər yaranır. Belə ki, bundan öncə şirkət «SonyEricsson Satio» mobil telefonlarının satışını dayandırıb. Bu telefonun problemi proqram təminatının qüsuru və avtonom rejimdə iş müddətinin çox az olması ilə bağlı idi.
Xatırladaq ki, 2005-ci ildən etibarən Azərbaycanda «SonyEricsson» şirkətinin rəsmi distributoru rolunda «Akhundoff Computers Technologies & Telecommunications» şirkəti çıxış edir.