Fontu böyüt:
“Delta Telecom” şirkəti yaxın zamanda ölkədə WIMAX texnologiyasının tətbiq olunması üçün sistem üzərində işlər aparır.
Şirkətdən verilən məlumata görə, sistemin işə düşməsi fevral ayının sonu mart ayının əvvəllərinə planlaşdırılır.
“WIMAX-ın tətbiqi hələlik yalnız Bakı şəhəri ərazisini əhatə edəcək. Sonra isə digər ərazilərdə də tətbiq olunması nəzərdə tutulub”. Bu barədə şirkətdən Xəbərlər.az-a bildirilib.
Simsiz İnternet-in istifadəçilər üçün qoşulma sürətinin isə saniyədə 10 meqabit olacağı gözlənilir.