“Avropa-Yaxın Şərq informasiya magistralı” (Europe Persia Express Gateway - EPEG) layihəsini həyata keçirən, “Rostelekom”, “Vodafone”, “Telecommunications Infrastructure Company (TIC)” və “Oman Telecommunications Company (Omantel)” şirkətlərindən ibarət beynəlxalq konsorsium, layihənin kommersiya istifadəsinə verilməsi haqda rəsmi məlumat yayıb.
“Avropa-Yaxın Şərq informasiya magistralı” (Europe Persia Express Gateway - EPEG) layihəsini həyata keçirən, “Rostelekom”, “Vodafone”, “Telecommunications Infrastructure Company (TIC)” və “Oman Telecommunications Company (Omantel)” şirkətlərindən ibarət beynəlxalq konsorsium, layihənin kommersiya istifadəsinə verilməsi haqda rəsmi məlumat yayıb.
“Avropa-Yaxın Şərq informasiya magistralı” layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən mühüm beynəlxalq layihələrdən biridir.
Layihə Azərbaycanın ilk “backbone” şirkəti “Delta Telecom”un iştirakı ilə həyata keçirilir.
Avropa ilə Yaxın Şərqi Frankfurtdan Barkiyədək birləşdirəcək beynəlxalq kabel magistralının tikintisi layihəsinin həyata keçirilməsi üçün yaradılmış konsorsiumun tərkibinə “Rostelecom”, “Cable & Wireless”,” TIC” və “Omantel” operatorları daxildir.
Bu ilin yanvar ayından etibarən magistralda test işləri aparılır və hazırda layihə çərçivəsində son tamamlama işləri həyata keçirilir.
Layihənin həyata keçirilməsi üzrə konsorsium 2011-ci ilin may ayında yaradılıb. “Cable & Wireless”-in qurduğu magistral Avropanı Ukrayna ilə, Rusiyanın sərhədinə kimi birləşdirir, Rusiya-Ukrayna sərhədindən Azərbaycan seqmenti üzərindən İrana doğru davam edir. İranla Fars körfəzi arasında fiber-optik kabel magistralının çəkilməsi işinə “TIC” şirkəti, layihənin Omana qədər davam edən seqmentinin tikintisinə isə “Omantel” şirkəti cavabdehdi. Yeni kabel magistralının planlaşdırılan tutumu 0,5 Tbit/s təşkil edir. “EPEG” şəbəkəsinin ümumi uzunluğu 6 min km, onun ümumi qiyməti isə 200 mln. dollar təşkil edir.
Azərbaycan seqmentinin tikintisini ölkədə ilk internet “backbone” “Delta Telecom” şirkəti həyata keçirib. Beynəlxalq fiber-optik magistralın Azərbaycan seqmentinin tikintisi çərçivəsində təkcə avadanlığın alınmasına 3 milyon avro xərclənib. Bu layihəyə qoşulmaqla Azərbaycanın ən iri ilkin provayderi “Delta Telekom” şirkəti 3,2 Tbit/s sürətlə trafik ötürəcək, bu da ölkə daxilində göstərilən internet xidmətlərinin həm qiymətinə, həm də keyfiyyətinə müsbət təsir göstərəcək. (ictnews.az)