Fontu böyüt:
Bu haqda məlumat Rabitə və İnformasiya Texnologiyaları nazirliyində bu ilin birinci yarımilliyi ilə bağlı bu günkü kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ötən 6 ayda informasiya kommunikasiya texnologiyaları sahəsində 10,2 faiz artım qeydə alınıb. Bu müddət ərzində görülən işlər barədə məlumat verilərkən bildirilib ki, dünyada baş verən maliyyə böhranı Azərbaycanın rabitə sisteminə təsir göstərməyib.
Azərbaycanda hər 100 nəfərə 78 mobil telefon, 15,6 nəfərə isə sabit telefon düşdüyünü deyən nazir televiziya və radio dalğalarının keyfiyyətinin artırılması istiqamətində 42 ötürücü qurğunun quraşdırıldığını bildirib. İnternet tariflərinin aşağı salınması ilə bu sahədə canlanma müşahidə edilib.
Kollegiya iclasında mövcud nöqsanlar da qeyd olunaraq tədbir iştirakçılarının nəzərinə çatdırılıb.