21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Son dövrlər internet dünyasında baş verənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müntəzəm olaraq araşdırılaraq, xoşagəlməz halların aradan qaldırılması yönündə müəyyən addımlar atılır. Hazırda internet dünyasında mövcud olan əsas problemlərdən biri “haker”lər arasında mövcud olan virtual savaşın daha kəskin xarakter almasıdır ki, bunun da nəticəsində internetdəki resurslar, tarixi həqiqətlərin əks olunduğu saytlar sıradan çıxır.
Məsələ ilə bağlı RİTN-in şöbə rəhbəri Rüfət Gülməmmədov “OLAYLAR”a açıqlamasında bildirib ki, hazırda bütün dünyada bu problemin həlli ilə məşğul olan xüsusi qurumlar, istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları var: “Bununla bağlı Avropa Şurasının xüsusi konvensiyası da var ki, Azərbaycan da hazırda bu konvensiyanın üzvüdür. Konvensiya çərçivəsində internetdəki mövcud cinayətkarlığa qarşı mübarizə aparılır”. R.Gülməmmədov elektron təhlükəsizliyinin yaradılması ilə bağlı RİTN-in təklif hazırladığını da bildirib:
“Hazırda bu istiqamətdə işlər aparılır. Təklifin hazırlanmasında əsas məqsəd bu məsələlərlə məşğul olan qeyri-hökumət orqanlarının informasiya banklarının, internet saytlarının qorunması ilə bağlı vətəndaşlara müəyyən məsləhətlər verməsini və gələcəkdə bu cür halların yaşanmaması üçün onların bu sahədə maarifləndirilməsini təşkil etməkdir”. http:www.olaylar.az