21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin rəhbərliyi tərəfindən ölkənin regionlarında vətəndaşların irad və təkliflərini dinləmək məqsədilə “səyyar qəbul”ların təşkili davam etdirilir.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, müvafiq qrafikə uyğun olaraq «səyyar qəbullar» martın 1-də Ağdaş və Göyçay, martın 2-də Ucar və Kürdəmir, martın 3-də isə Hacıqabul rayonlarında təşkil olunacaq. Qəbullarda rayon poçt filiallarının və şöbələrinin rəisləri iştirak edəcək.
Qeyd edək ki, əhalinin poçt sahəsində olan suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərin həllində köməklik göstərməsi, eləcə də digər lazımi tədbirlərin görülməsi məqsədini daşıyan «səyyar qəbul»lar «Azərpoçt» tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.