Fontu böyüt:
Sentyabr ayının 18-19-da TOL-un (Transitions Online) təşkilatçılığı ilə Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirilib.
Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olub, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunub. İştirakçılar da öz növbələrində xoşladıqları ideyanı seçiblər və qrup şəklində işləyiblər.
Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlib və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdiriblər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunub.
Düşərgədə Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, AİF-in üzvləri, Beynəlxalq təşkilatların nümayəndələri qonaq qismində iştirak edib.
Qeyd edək ki, Sosial Yeniliklər Düşərgəsi yeni yolla - ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə, sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədi ilə təşkil edilir. Bu düşərgə sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ ideya sahiblərini bir araya gətirir.