Hamı Nokia firmasını mobil telefon istehsalçısı kimi tanıyır. Amma...
Hamı Nokia firmasını mobil telefon istehsalçısı kimi tanıyır. Amma Nokia özünü netbook sahəsində də sınamağa başlayıb. Nokia Booklet 3G ilə 3G texnologiyasını müvəffəqiyyətlə kompüter bazarına çıxardan ilk şirkət oldu. Nokia bundan sonra da yeni netbook ardıcıllığı üzərində işləmək istəyir.
The Economic Daily News-un verdiyi xəbərə görə, Çindəki fabrik Booklet 3G sifarişlərini çatdırmaq üçün ciddi işləyir. Əgər Nokia-nın yeni netbook dizaynı tamamlanıb təsdiqlənsə, 2010-cu ilin əvvəllərində bazara çıxarıla bilər.
Nokia Booklet 3G, daxili 3G internet əlaqəsi dəstəyinə sahib, güclü bir İntel Atom prosessor və 12 saatlıq batareya müddətiylə təchiz edilmiş bir netbook-dur. Əməliyyat sistemi kimi Windows 7 istifadə edir.
Nokianın yeni modelinin Windows 7 və ya N900 –da işlənən yeni Maemo əməliyyat sistemini istifadə edəcəyi hələ açıqlanmayıb.
xeberler.az/Vüsalə