Fontu böyüt:
Almaniyanın ARD və ZDF teleradiokompaniyalarının tədqiqatına əsasən, 18 yaşdan yuxarı olan alman vətəndaşları fəal internet istifadəçiləridirlər. Yaşlı nəsil gündə təqribən 58 dəqiqə internetdən istifadə edirsə, gənclər ən azı 1 saat onlaynda olurlar. Bu da onların televiziya və radionu izlədikləri vaxtdan iki dəfə çoxdur.
AFR-in yaşlı sakinləri televiziyadan sonra radioya üstünlük verirlər: orta hesabla gündə 186 dəqiqə. Gənclərdə isə televiziya və internetlə müqayisədə radioya maraq azdır, təxminən 97 dəqiqə qulaq asırlar.
Beləliklə, tədqiqatçılar belə nəticəyə gəliblər ki, internet alman gəncləri üçün əsas kütləvi informasiya vasitəsidir.