Fontu böyüt:
Azərbaycanın ilk 3G mobil rabitə operatoru “Azerfon-Vodafone” yeni “3G+” tarif planını abunəçilərinə təqdim edib.
Şirkətin baş ofisindən “APA-ya verilən məlumata görə, yeni tarif planına əsasən abunəçilər qoşulma və abunə haqqı ödəmədən, ödədikləri qədər danışmaq SMS/MMS göndərmək və Mobil İnternetdən istifadə etmək imkanı əldə edirlər.
“3G+” tarif planına əsasən bütün istiqamətlərdə zəngin dəqiqəsi 0,10 manat, SMS - 0,05 manat, MMS - 0,10 manat manat, mobil internet 1MB - 0,10 manatdır.
“Azerfon-Vodafone” “3G+” Tarif Planına standart şəkildə “Səs Zəngi”, “Video Zəng”, “Zəngin yönləndirilməsi”, “Xətdə Gözləmə/Xətdə Saxlama”, “Konfrans Zəngi”, “Beynəlxalq Zəng” 7.2 Mb/s-ə qədər yüksək sürətli “Mobil İnternet” xidmətləri idxal edilir. Abunəçilər eyni qiymətə adi və video zəng xidmətindən yararlana bilərlər.
mənbə: APA