İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsildə İKT-nin tətbiqi ilə bağlı bölgələrdə problemlərin olduğunu açıqlanıb

27.02.2013 [16:05]

Fontu böyüt:      

Azərbaycanın ali və orta ixtisas məktəblərində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı hələ də mərkəzlə bölgələrin müqayisəsində mühüm problemlərin olduğunu açıqlanıb. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, “mərkəz və region” problemi yalnız Azərbaycanda deyil, dünyanın digər dövlətlərində, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində də var.
 Azərbaycanın ali və orta ixtisas məktəblərində informasiya - kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı hələ də mərkəzlə bölgələrin müqayisəsində mühüm problemlərin olduğunu açıqlanıb. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, “mərkəz və region” problemi yalnız Azərbaycanda deyil, dünyanın digər dövlətlərində, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində də var. O bildirib ki, problemin əsasında ənənəvi olaraq mərkəzin biliklərə daha yaxın olması dayanır: “Mərkəzin müəllimləri, şagirdləri adətən daha bilikli olur və biliklərdən effektiv istifadə edə bilir. İnformasiya texnologiyalarının köməyi ilə bu tendensiya artıq dəyişməkdədir. İnformasiya texnologiyalarının əsas məqsədi məsafədən asılı olmayaraq hər bir müəllimə, hər bir şagirdə biliklərə asan çıxış yaratmaqdır. Müasir texnologiyalar müstəvisində “mərkəz və region” məfhumu artıq öz aktuallığını itirib. İmkanlar bərabərləşməkdədir. Təhsil sisteminin informasiyalaşdırılmasının növbəti mərhələlərində region müəllimləri üçün məlumat almaq daha rahat olacaq”.
 
S.Məmmədov qeyd edib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın reallaşdırılması prosesində Təhsil Nazirliyi olaraq iki əsas məqsədə nail olunub. Onun sözlərinə görə, ilkin olaraq, dünya təcrübəsinə əsaslanan və informasiya texnologiyaları üzərində qurulan Milli Təhsil Modelinin formalaşması üçün bünövrə yaranıb: “İkincisi isə bu bünövrə üzərində təhsilin sistemli informasiyalaşdırılmasına başlanıb. Dörd il ərzində həyata keçirilən Dövlət Proqramı çərçivəsində informasiya texnologiyaları təhsildəki dəyişikliklərdə məqsəd kimi deyil, alət kimi istifadə olunur”.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar