Fontu böyüt:
Azərbaycan çempionu "Rambler internet holding"i məhkəməyə verir
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyun gününün nəticələrini təqdim edən rambler.ru saytı "Ekranas"la səfərdə heç-heçə onayan "Bakı"nın Ermənistanı təmsil etdiyini yazıb. Fanat.az azerisport.com saytına istinadən xəbər verir ki, rambler.ru xəbərin mənbəyi kimi "Sovetskiy sport"u göstərir və bu qəzetin saytına keçid verir.
Xəbərin yer aldığı səhifədə informasiyanın sağında yerləşdirilən reklam bannerlərinin məzmununa nəzər yetirək. Görürük ki, “bequn” axtarış sistemi Ermənistan saytlarına keçid verən banner yerləşdirib. Bu sistemin faəliyyət prinsiplərinə bələd olduğumizdan belə bir mülahizə irəli sürülə bilər ki, xəbəri mənbədən götürən rambler.ru əməkdaşı və ya əməkdaşları axtarış taqlarını daxil edən zaman “Baku”nu sistemə Armeniə kimi daxil ediblər.
Belə görünür ki, erməni saytlarının reklamları ilə yanaşı səfərdə heç-heçə oynayan "Bakı" klubunun uğurundan faydalanmaq fikrinə düşüblər. Təəssüf edirik ki, bu hal gündə milyonlarla insanın yararlandığı rambler.ru portalında yer alıb.
"Bakı" klubu rəsmi saytı vasitəsi ilə "Rambler media"nın müvafiq nümayəndələrinə müraciət edərək belə ucuz və ciddi bir media qurumuna yaraşmayan təbliğat vasitələrindən istifadənin mümkünsüzlüyünü, mənəvi çərçivələrə və humanitar normalara sığmayan qeyri-dəqiq məlumat olduğunu diqqətinə çatdırmağı, bu səhvin aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmaması uçun faydalı hesab etdiyini bildirib: "Əks halda limitimiz tükənmiş olacaq və "Bakı" futbol klubu RF KİV haqqında qanunun tələblərindən doğan normativlərdən yararlanaraq, portalınız və məlum qeyri-dəqiq məlumatın yayılmasına şərait yaradan şəxslərin cazalandırılmasını tələb edəcək".
Rambler.ru-nun istinad etdiyi "Sovetskiy sport" nəşrinin elektron səhifəsində hər şey qaydasındadır. Yəni "Bakı" həyatda və reallıqda olduğu kimi Azərbaycanı təmsil edir, ermənipərəst və ucuz piar həvəkarlarının məlumatında olduğu kimi Ermənistanı yox.
"Avropa Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin nəticələrini yayımlayan Rambler.ru portalının məlumatı bizi təəccübləndirdiyi qədər də məyus edir. Bu xətanın texniki səbəblərdən baş verdiyinə inanmaq istərdik, bununla bərabər bir daha nəzərinizə çatdırmaq istərdi ki, xəbərin üzərində çalışan redaktor və müxbir heyətinin səviyyəsi və elementar coğrafi biliklərdən xəbərsiz olması onların peşəkar səviyyəsinə şübhə ilə yanaşmağa ciddi əsaslar verir.
Ümidvarıq ki, adıçəkilən arzuolunmaz halın yer alma səbəblərinin araşdırılması zamanı "Bakı" futbol klubunun iradlarını ön planda saxlayacaqsınız. Müraciət "Rambler internet holding" (Rusiya, 115280, Moskva, Leninskaya sloboda, 26), "Rambler media"nın baş direktoru Mark Opzumerə ünvanlanıb", deyə "Bakı"nın saytı yazıb.