Fontu böyüt:
Sony Ericsson hər dəfə fərqli telefon modelləri ilə mobil telefon bazarını əldə saxlamağa çalışır. Bu dəfə də şirkət qapaqlı, yeni bir orta səviyyəli cib telefonunu təqdim etdi. “Sony Ericsson Jalou”unun ekranı bir düyməyə basıldığında ayna kimi olur. 73 x 45 x 18 mm ebatlarında və 84 qram ağırlığındadır.
Modelin HSDPA və HSUPA dəstəyi, 3,2 Megapiksel kamera, media oynadıcı, UKW radio, USB 2.0 var. Jalou-da 100 MB daxili yaddaş kartı və MicroSD kartlarla artırmaq imkanı da təqdim edilir. Jalou ilə çəkilən şəkilləri coğrafi etiketlərlə bəzəmək və ya Walk-Mate funksiyası ilə gündəlik atdığınız addımları yazmaq mümkündür.
Mobil telefonun 2009-cu ilin son aylarında satışa çıxarılacağı gözlənilir. Qiyməti isə təxminən 230 avro olacaq.