21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən BMT-nin bu iki idarəsi dövlətlərə kibercinayətkarlıqla mübarizə üçün birgə yardım göstərəcək.
BMT sisteminə daxil olan iki təşkilat ilk dəfədir ki, kibertəhlükəsizlik sahəsində qlobal səviyyədə əməkdaşlıq haqqında rəsmi qərar qəbul edir.
“UNODC ilə yeni ittifaq getdikcə daha ciddi xarakter alan qlobal problemlərdən birinin həllinə əlaqələndirilmiş qlobal yanaşmanın həyata keçirilməsində mühüm mərhələdir. Hər iki təşkilat birgə fəaliyyət zamanı əhəmiyyətli gücə malik ittifaq yarada biləcəklər ki, bu da kibertəhlükə və kibercinayətkarlıq kimi problemlərlə mübarizədə maraqlı olan bütün ölkələrə kömək edəcək, həmçinin hər kəs üçün daha təhlükəsiz onlayn məkan yaratmaq imkanı verəcək”, - deyə BTİ-nin baş katibi Hamadun Ture bildirib.
BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, təşkilat həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin hökumətlərinin proqram təminatı, kiberhücum və məlumat oğurluğu ilə bağlı getdikcə daha da artan təhlükələrə qarşı əks tədbirlərə hazırlıq məsələlərində kömək etmək niyyətindədir.
//ikt.az