İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09.11.2009 [15:36]

Fontu böyüt:      

AZEDUNET şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2009-cu ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (AZEDUNET) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Bu haqda AZEDUNET təşkilatının rəhbəri Səməd Abbasov bildirmişdir. Onun sözlərinə görə, hazırda 350-dən yaxın müəssisə bu şəbəkəyə qoşulmuşdur. Daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində hazırda iş gedir.

AZEDUNET şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Həmçinin, Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslar, elektron məktəb idarəetmə və interaktiv tədris idarəetmə sistemlərə və təhsil portalına çıxış asanlaşdırır.

Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqları genişzolaqlı internet əldə edirlər.  S.Abbasov qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirir.

 S.Abbasovun sözlərinə görə, AZEDUNET şəbəkəsinin yaradılması milli elektron təhsil sistemlərinin inkişafına təkan verir və elektron tədris resurslarına çıxışı sadələşdirir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar