Fontu böyüt:
Alternativ enerji əldə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu dəfəki üsul isə tam fərqlidir.
Alternativ enerji qaynaqları axtaran Checkmate firması yeni enerji qaynağına “Anaconda” adını verib. Checkmate, enerji problemini okeanın dalğaları ilə həll etməyi planlaşdırır. Dəniz altına yerləşdirilən ilana bənzər vasitələr, dalğalanma prosesində yığdıqları enerjini bəzi qurğulara çatdıraraq, təmiz elektrik çıxarmağa köməkçi olacaq.
Görüntüsü ilana oxşayan “Anaconda” 1MW elekrtik verə bilir. 200 metr uzunluğunda kauçuk borudan ibarət “Anaconda”ların bir dənəsi 50 min evin elektrik ehtiyacını ödəyəcək. Checkmate firması bu layihə üzərində iş getdiyini və 2014 ci ildə istifadəsinə başlayacağını açıqlayıb.