Fontu böyüt:
MDB-nin İcraiyyə komitəsinin saytında gənclərlə iş üzrə Şuranın informasiya səhifəsi yaradlıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu, 2009-cu ilin “Gənclər ili” elan olunması ilə əlaqədardır.
Səhifəni izləyənlər gənclər siyasətində milli qanunvericiliklər, gənclərlə iş üzrə dövlət orqanlarının quruluşu, gənclərin ictimai təşkilatları, onların rəsmi saytlarına göndərişlər, xəbərlərlə tanışlıq, MDB ölkələrində, o cümlədən Şuranın dəstəyi ilə gənclərin keçirdikləri önəmli tədbirlər haqda məlumat əldə edə bilərlər.
Bu və digər işlər hökumət başçıları Şurasında təsdiqlənməsi nəzərdə tutulan MDB dövlətlərinin 2009-2010-cu illərdə humanitar əməkdaşlıq sahəsində əsas tədbirlərin planına daxil edilib.