Fontu böyüt:
Fransada yaşayan və 55 yaşında olan təqaüdçüyə faylları paylaşmaq istəyi baha başa gəlib. Adı açıqlanmayan həmin şəxs sistem idarəçisidir. 2006-cı ildə evində polis tərəfindən aparılan axtarış nəticəsində kompüterində internetdən pirat olaraq endirilən 2.591 MP3, 426 film və bütün hissələri ilə birlikdə 16 TV serialı tapılıb.
Əslində polis şəxsin evində fırıldaqçılıq iddiası ilə axtarış aparmışdı. Məhkəmə endirilən faylları dəlil kimi dəyərləndirib və haqqında iddia qaldırılıb. 2 il davam edən istintaq işləri yekunlaşıb və şəxs günahkar qismində həbs edilib.
Məhkəmə təqaüdçünü 33 min Avro cəza ödəməyə məhkum edib. Hələ üstəlik 2 ay həbs cəzası da verilib.
Qeyd edək ki, 2007-ci ildə məhkəmə başqa bir fransıza internetdən endirdiyi 400 filmə görə 2 aylıq həbs cəzası vermişdi.