Fontu böyüt:
ABŞ hökuməti “American express”-i məhkəməyə verib. Bloomberg.com saytının məlumatına görə, kredit kartı xidmətləri göstərən şirkət antiinhisar qanunvericiliyini pozmaqda, öz müştərilərini digər operatorların imkanlarından istifadə etmək və onların əməliyyatlarından faydalanmaq hüquqlarını məhdudlaşdırmaqda günahlandırılır.
ABŞ-ın baş müvəkkili Erik Holder mətbuata açıqlamasında bildirib ki, məqsəd bu sistemdən faydalanan istifadəçilərin qayğısına qalmaqdır. Hökumət nümayəndəsinin sözlərinə görə ödəmə sisteminin inhisarçı fəaliyyəti ticarəti məhdudlaşdırır. Rəqabət mühitinin olmaması müştərilərə müxtəlif güzəşt və endirimlərin edilməməsinə gətirib çıxarır.
“American express”-in təmsilçiləri isə bildiriblər ki, hökumətə güzəştə getmək niyyətində deyillər.
mənbə: var.az