Fontu böyüt:
Yaponiya vətəndaşı olan bir xanım “Google” şirkətini məhkəməyə verib.
Xeberler.az portalının Lent.az-a istinadən verdiyi xəbərə görə,buna səbəb “Google”nin “Street View” şəbəkəsi vasitəsi ilə onu ağ paltarda küçə ilə gedərkən göstərməsidir. Yapon xanım qəzetə açıqlamasında deyib ki, şəbəkədə göstərilməsi onun əsəblərini pozub və mənəvi zərbə vurub. O, “Google” şirkətindən 600 min yen təzminat tələb edir.
Qadın bildirib ki, seksual cinayətin obyekti olacağından qorxur: “Bu qorxu səbəbindən mən işimi itirdim və yaşadığım evi dəyişmək məcburiyyətində qaldım. Bu şirkətin rəhbərlər i bilməlidirlər ki, tək insanları yox, həm də onların qısa alt paltarlarını göstərirlər...”.