Fontu böyüt:
AİF-dən xeberler.az-a verilən məlumata görə 19 fevral 2009-cu ildə, saat 14.00-da AzTelekom- da “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
Tədbirdə qeyd olunan Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə keçirilən Müsabiqənin qaliblərinə Diplomlar və hədiyyələr təqdim olunacaq.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan
Layihə RİTN , Azərbaycan İnternet Forumu , HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.