Fontu böyüt:
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Facebook sosial şəbəkəsinin təsisçisi və milyarder Mark Sukerberq Esquire jurnalının təqdim etdiyi dünyanın ən zövqsüz məşhurları Top10-luğunun lideridir.
Qeyd edək ki, jurnalistlər öz iradlarını çox emosional bir tərzdə ifadə edərək, onun rəsmi tədbirlərdə futbolka və cins şalvarda iştirak etməsini kəskin tənqid ediblər. Onların fikrincə, xeyriyyəçiliklə məşğul olan Sukerberq öz qarderobuna da fikir versə pis olmaz. Xatırladaq ki, M.Sukerberqin “səliqəsiz imic”inin ən əsas aksessuarı – rezin şap-şapıları – Finçer Sopkinin filmində də öz əksini tapıb.