21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Siz telefon alarkən daha çox keyfiyyətlərə üstünlük verirsiz, amma sadə telefonları da sevənlər az deyil. Əsasən inkişaf etmiş ölkələrdə sadə telefonlara üstünlük verənlərə rast gəlinir.
Aparılan araşdırmalara görə, cib telefonlarının kameraya, MP3 çalara ehtiyacı yoxdur. İngilislərin böyük bir hissəsi indiki vaxtda istifadə edilən cib telefonlarının gərəyindən çox kompleks quruluşda olduğunu düşünür.
FoneBank adlı bir araşdırma şirkəti, keçdiyimiz günlərdə cib telefonlarıyla əlaqədar ictimaiyyətə təəccüblü hesabat təqdim edib. Nəticələrə görə, cib telefonu istifadəçilərinin 61%-i cib telefonlarının kompleks quruluşda olduğunu deyib.
Araşdırmaya qatılan istifadəçilərin 45%-i telefonlarının MP3 funksiyasından heç istifadə etmir. 30%-i isə cib telefonlarının kamerasıyla çox əlaqədar olmadığını, megapiksel dəyərinin özləri üçün elə də çox şey ifadə etmədiklərini açıqlayıb.