Fontu böyüt:
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti uşaq yönümlü layihələrə dəstək verən “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramını davam etdirərək yeni bir layihəyə start verilib.
Şirkətdən verilən məlumata görə, “İnkişaf və İştirak üçün İdman” adlanan bu layihənin əsas məqsədi internat məktəblərində yaşayan eşitmə qüsurlu uşaqların həyatını idman və oyunlar vasitəsilə dəyişməkdir.
Layihə Bakı şəhərinin 1 və 3 saylı xüsusi təyinatlı internat məktəblərində 500 nəfərdən artıq 8-17 yaşlı eşitmə qüsurlu uşaqları əhatə edəcək. Layihənin icraçısı olan Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin direktoru Mehman Kərimovun sözlərinə görə, bu məqsədlə hər iki məktəbdən seçilmiş 30 nəfər fiziki tərbiyə müəlliminə idman və oyunlar üzrə silsilə təlimlər keçiriləcək.
“İnkişaf və İştirak üçün İdman” layihəsi çərçivəsində Beynəlxalq Əlillər Günü münasibətilə futbol turniri təşkil edilib. Əlil Futbol Federasiyası və AFFA-nın dəstəyi ilə keçirilən turnirdə hədəf internat müəssisələrinin eşitmə qüsurlu uşaqlardan təşkil olunmuş 5 komandası iştirak edib.