İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22.01.2011 [15:50]

Fontu böyüt:      

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edib. Xeberler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemi şəffaf və qənaət bəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər: “Tariflər çox vaxt bəlkə də

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edib.

Xeberler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemi şəffaf və qənaət bəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər: “Tariflər çox vaxt bəlkə də qəsdən mürəkkəbləşdirilmiş şəkildə olur və istehlakçılar bundan əziyyət çəkirlər”.

Ə. Abbasov deyib ki, mobil operatorların rouminq xidmətləri, ümumiyyətlə, tarif sistemi tənzimləyici orqan olaraq nazirliyi qane etmir: “Əvvəla, tarif sistemi çox qarışıqdır və şəffaf deyil. İkincisi də, bu qiymətlər şişirdilib”.

Əli Abbasovun sözlərinə görə, nazirliyin apardığı araşdırmalar göstərib ki, mobil operatorların xarici ölkələrlə danışıq qiymətləri beynəlxalq tariflərə nisbətən şişirdilib və mobil şirkətlər müxtəlif üsullardan istifadə etməklə qiymətləri hətta Tarif Şurasının qoyduğu həddən də yuxarı qaldırırlar: “Yəni onların tarifləri müxtəlif xidmətlər də əlavə olunaraq Tarif Şurasının qoyduğu qiymətlərə nisbətən süni olaraq şişirdilir. Digər tərəfdən, bundan istifadə edərək beynəlxalq rouminq tariflərini də əsassız olaraq həddən artıq qaldırıblar”.

Nazir qeyd edib ki, bu gün bir neçə ölkə - Rusiya, Ukrayna, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar üçün rouminq qiymətləri beynəlxalq tariflərdən dəfələrlə bahadır: “Bununla mübarizə üçün həmin ölkələrin operatorları ilə işlər aparılır. Yaxın vaxtlarda bu qiymətlər aşağı salınacaq və əhaliyə açıqlanacaq”.

Bəzi şirkətlərin indiyədək konturdan manat sisteminə keçmədiyindən narazı qalan nazir qeyd edib ki, şirkətlər hər 3 ayda bir dəfə mövcud tariflərini sadə və şəffaf şəkildə açıqlamalıdır: “Aparılan kampaniyalar zamanı təqdim olunan, eləcə də mövcud qiymətlər sadə cədvəl şəklində heç olmasa 3 aydan bir yeniləşdirilmiş şəkildə öz saytlarında, yaxud bizim nazirliyin saytında yerləşdirilməli və ya çap olunmuş vəziyyətdə əhaliyə çatdırılmalıdır. Digər tərəfdən, mobil telefon abunəçisinin imkanı olmalıdır ki, istənilən dəqiqə ya sms, ya internet vasitəsilə müraciət etməklə öz danışıqları barədə ətraflı məlumat ala bilsin. Mobil operatorlardan bəziləri bu xidməti ödənişlə təqdim edirlər. Bu düzgün deyil. Çünki şirkət verdiyi xidmət barədə istehlakçıya məlumat verməlidir və buna görə əlavə xidmət haqqı almaq olmaz”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar