Fontu böyüt:
«Apple» şirkəti tərəfindən istehsal olunmuş ilk kompyuter Londonda (Böyük Britaniya) hərraca çıxarılıb.
1976-cı ildə istehsal olunmuş «Apple-1» kompyuterin hərracda start qiyməti 161,6 min ABŞ dolları həcmində olub. Lakin təşkilatçılar sözügedən kompyuterin qiymətinin 250 min dollaradək artacağına ümid edir.
Qeyd edək ki, 1976-cı ildə istehsal olunmuş ilk «Apple-1» komyuteri mhz həmin ildə 666,66 dollara satılıb. Həmin vaxt bu kompyuterin yaddaşı (hazırkı göstəricilərə görə) cəmi 8 kbayt təşkil edib.
Xatırladaq ki, 1976-cı ildən etibarən cəmi 200 ədəd «Apple-1» kompyuteri satılıb.