Fontu böyüt:
“Azercell Telekom” MMC-nin martın 1-dən start verdiyi “SMS ŞANS” lotereya kampaniyası sona çatdı. Bu müddət ərzində hər mesaj göndərən abonentə müxtəlif məbləğdə pul hədiyyələri və tanınmış türk müğənnilərinin konsertlərinə bilet qazandıran kampaniyanın mayın 20-də sonuncu tirajı keçirilib.
Şirkətdən xeberler.az-a verilən məlumata əsasən onuncu tiraj nəticəsində 50 “Azercell” abonenti mayın 21-də Heydər Əliyev adına Sarayda keçiriləcək türk müğənnisi Fərhad Köçerin konsertinə 100 bilet qazanıb.
Qeyd edək ki, “Azercell”-in “SMS ŞANS” kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza mesaj göndərməyiniz kifayət idi. Həftə boyunca göndərilən istənilən mesaj abonentlərə müvafiq olaraq 30 AZN, 300 AZN və nəhayət 3000 AZN qazandırdı.
Ümümillikdə kampaniya boyunca keçirilən 8 tirajda 8 abonent 3.000 (üç min) manata, 240 abonent 300 (üç yüz) manata, 2400 abonent isə 30 (otuz) manata sahib oldu. Bundan əlavə, kampaniya çərçivəsində keçirilən 5 tirajda uduşun qalibləri məşhur türk müğənniləri Sibel Can, Sərdar Ortac, Fərhad Göçer və digər məhşurların konsertinə 2 bilet əldə etmiş oldular.