Fontu böyüt:
Azərbaycanın aparıcı mobil operatorlarından biri olan «Azercell» şirkəti cari ilin sonuna kimi Azərbaycanın bütün ərazisini 3G xidməti ilə əhatə edə bilər.Bu haqda APA-nın yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət öncə DATA Mərkəzinin açılışında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin sonuna yaxın 3G xidməti istifadəçilərə təqdim olunacağını bildirmişdi.Bununla bağlı ölkədə fəaliyyətdə olan 3 mobil operatorun, artıq Rabitə və informasiya texnologiyaları nazirliyinə müraciət ünvanladıqları vurğulanmışdı.
Məlumat üçün bildirək ki, 3G standartı Beynəlxalq elektron rabitə ittifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - üçüncü nəsil xidmətlər toplusudur.
O, İnternet şəbəkəsinin xidmətlərinə yüksəksürətli mobil çıxış, həmçinin məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir.
Üçüncü nəsil 3G şəbəkəsi təxminən 2 HGz tezlik diapazonunda işləyir və məlumatları 2 Мbit/s sürətilə ötürür. Onlar videotelefon rabitəsi qurmağa, mobil telefonda film və televiziya proqramlarını və s. izləmək imkanı verir.