Fontu böyüt:
İranda prezident seçkiləri ərəfəsində bağlanmış Face book saytı fəaliyyətini yenidən bərpa edib. Bu barədə BBC Farsi xəbər saytı məlumat yayıb.
Müxalifət, keçən şənbə günündən bəri giriş mümkün olmayan sosial şəbəkənin bağlanmasının səbəbini yaxınlaşmaqda olan seçkilər və Facebookdakı seçki kampaniyasına bağlamışdı.
Qeyd edək ki,İyun ayında yeni prezidentini seçəcək İranda gənclərin əksəriyyəti Facebooku müxalifətə qarşı olan namizədləri dəstəkləməmək və İran xalqını səsverməyə çağırmaq üçün istifadə edir.
Facebook, e-günlüklər və bənzər saytlarda ən çox dəstək alan reformist lider Mir Hüseyin Musavi, İran gəncliyini hərəkətə gətirmək istiqamətində seçki strategiyası yürüdür.
Musavinin Facebookda 6 mindən çox dəstəkçisi olan bir səhifəsi var.