Fontu böyüt:
Rusiyada ilk İslam telekanalı test yayıma başlayıb.
XEBERLER.AZ-ın“Novoya Politika” internet-jurnalına istinadən verdiyi məlumata görə, bu məlumatı Rusiya Müftilər Şurasının sədri Ravil Haynutdin Rusiya prezidenti administrasiyasının daxili siyasət üzrə sədr müavini İvan Demidovla görüşündə səsləndirilib.
Rusiyada İslam kanalının yayımlanmasının vacibliyini isə hələ 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedev bildirmişdi. “Müsəlman əhalisinin sakinləri yaşayan regionlar üçün bu telekanal vacibdir”,- deyə Dmitri Medvedev bildirib.
Xatırladaq ki, hazırda Rusiyada iki pravoslav telekanalı fəaliyyət göstərir. Moskvanın ”Spas” və Yekaterinburqun “Soyuz” telekanalları İnternetdə yayımlanırlar.