ABŞ-da dünyanın ən məşhur rəqəmli texnologiya festivallarından biri Nyu-York internet həftəsi başlayıb.
Tədbir çərçivəsində 250-dən çox konfrans, “dəyirmi masa” və sərgilər olacaq.
ABŞ-da dünyanın ən məşhur rəqəmli texnologiya festivallarından biri Nyu-York internet həftəsi başlayıb.
RİTN-nin informasiya resurslarından əldə edilən məlumata görə, sərgi artıq beşinci ildir ardıcıl olaraq keçirilir və bu il mayın 21-dək davam edəcək.
Tədbir çərçivəsində 250-dən çox konfrans, “dəyirmi masa” və sərgilər olacaq.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində məqsəd şəhər sakinlərini internet sənayesində baş verən son tendensiyalarla tanış etməkdir.
Mayın 18-də şəhərin əksər internet-şirkətləri, o cümlədən Facebook sosial şəbəkəsi və Tumblr mikrobloqlar servisi ofislərinin qapılarını açaraq adi sakinlərə internet sənayesi ilə yaxından tanış olmağa imkan yaradacaqlar.
Xeberler.az / Mirvari