21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məşhur timegenie.com saytında Azərbaycanla bağlı kobud saxtakarlığa yol verilib.
Dünyanın müxtəlif nöqtələri haqda ən geniş məlumatların yer aldığı saytlardan olan bu resursda Dağlıq Qarabağ "müstəqil dövlət" kimi göstərilib.
Saytda qondarma «DQR» Azərbaycan, Tacikistan, Rusiya və digərlərilə yanaşı, «Avrasiyanın müstəqil dövlətləri»ndən biri kimi təqdim olunur.
Timegenie.com saytında ərazi bütövlüyümüzün təhrif edilməsindən Azərbaycanın Xarici İşlər Nazirliyi də məlumatlıdır. Bunu Milli.Az xəbər portalına açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır və müvafiq cavab hazırlanır. Elxan Poluxov bildirib ki, XİN dünyanın müxtəlif internet resurslarında Azərbaycanla bağlı gedən məlumatları diqqətdə saxlayır və ehtiyac olduqda vaxtaşırı reaksiya verir. Amma onun fikrincə, belə məsələlərdə ictimaiyyət də fəal olmalı, Azərbaycan əleyhinə məlumatlara sadə vətəndaşlar da münasibət bildirməlidirlər.