21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi.
Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.
Təşkilat bir ay içərisində təxminən 160 milyon ziyarətçidən məlumatları əldə edərək belə bir nəticəyə gəlib. Dünyada böyük bir etibarı olan və araşdırmaları diqqətə alınan Net Application-in ortaya qoyduğu araşdırma nəticələrinə görə, Mac OS X, əməliyyat sistemi bazarının hələlik %7.94%-ni əldə edə bilib. Mac OS Xin istifadəçi sayında aydan aya ciddi bir artım olduğu da diqqəti cəlb edir.