Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu ilin sonunadək “Xalq kompyuteri” layihəsinin sınaqdan keçirilməsi nəzərdə tutulur. Pilot layihə Azərbaycanın bir necə rayonunda tətbiq ediləcək. Hazırda bu istiqamətdə müvafiq işlər görülür. Layihənin məqsədi əhalini güzəştli şərtlərlə kompyuterlə təmin etmək, bu sahədə yerli istehsalı genişləndirməkdir. Layihə kompyuterlərin istehsalının yerli şirkətlər tərəfindən həyata keçirilməsini, bütün kompyuterlərin lisenziyalı proqramla təmin olunmasını nəzərdə tutur.